DÜNYA


Tehranda İsveçrə səfirliyinin qadın əməkdaşı həlak olub

Bakı, 4 may, AZƏRTAC

ABŞ-ın İranda maraqlarını təmsil edən İsveçrə səfirliyinin qadın əməkdaşı Tehranda hündür binadan düşərək həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Mehr informasiya agentliyi təcili xidmətlərin nümayəndəsinə istinadla məlumat yayıb. Bildirilir ki, 51 yaşlı qadın diplomat səfirliyin birinci katibi vəzifəsində çalışırdı və ABŞ-ın maraqlarını təmsil edirdi.

Hələlik diplomatın ölümünün bədbəxt hadisə, yaxud intihar olduğu məlum deyil.

İsveçrə İranda ABŞ-ın maraqlarını Tehran Vaşinqtonla diplomatik münasibətləri dayandırdıqdan sonra təmsil etməyə başlayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.