SİYASƏT


Tehranda Ulu Öndərin anadan olmasının 99-cu ildönümü qeyd edilib

Tehran, 10 may, AZƏRTAC

Mayın 10-da Azərbaycan Respublikasının İrandakı səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə və səfirliyin əməkdaşları Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, büstü önünə gül dəstəsi qoyublar.

Sonra tədbir ağacəkmə ilə davam etdirilib. Azərbaycanın İrandakı diplomatik nümayəndəliyinin əməkdaşları səfirliyin həyətinə dekorativ ağaclar və gül kolları əkiblər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.