DÜNYA


Tehranda etiraz aksiyası keçirilib

Tehran, 29 noyabr, AZƏRTAC

Tehran Universitetinin tələbələri İran parlamentinin qarşısında etiraz aksiyası keçiriblər.

AZƏRTAC xəbər verir ki, tələbələr nüvə fizikası sahəsində ixtisaslaşmış alim Möhsün Fəxrizadəyə sui-qəsd törədənlərin tezliklə tutulub cəzalandırılmasını tələb ediblər.

Qeyd edək ki, noyabrın 27-də İranın Müdafiə Nazirliyinin Tədqiqat Və İnnovasiya İdarəsinin rəisi, tanınmış alim M.Fəxrizadə qətlə yetirilib. İran mətbuatının yazdığına görə, M.Fəxrizadənin elmi araşdırmaları nüvə proqramının reallaşmasına imkan yaradıb.

İran rəsmiləri bu sui-qəsdin xarici dövlətlərin xüsusi xidmət orqanları tərəfindən törədildiyini bəyan edib və hadisəni terror aktı kimi dəyərləndiriblər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.