DÜNYA


Tehranda polis 2 tondan çox narkotik vasitə müsadirə edib

Tehran, 20 may AZƏRTAC

Bu gün Tehran şəhərinin polis idarəsi müxtəlif məhəllələrdə əməliyyat axtarış tədbirləri həyata keçirib.

AZƏRTAC xəbər verir ki, əməliyyat nəticəsində 2 ton 293 kiloqram narkotik vasitə aşkarlanaraq müsadirə edilib. Tehran polisinin rəisi general Möhsün Xəncərli jurnalistlərə bildirib ki, narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olan 4 nəfər həbs edilib.

Rəis qeyd edib ki, İranda narkotik vasitələrin qaçaqmalçılığı, qanunsuz satışı və saxlanılmasına qarşı ciddi mübarizə aparılır. Narkotik vasitələr İrana əsasən Əfqanıstandan daxil olur. General bildirib ki, ABŞ qoşunları 2001-ci ildə Əfqanıstana daxil olduqdan sonra bu ölkədə narkotik maddələrin istehsalı və qanunsuz yollarla ixracı artıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.