DÜNYA


Tehranda təbii fəlakət baş verib

Tehran, 28 iyul AZƏRTAC

Aramsız yağan yağışlar nəticəsində Tehranın İmamzadə Davud rayonunda təbii fəlakət baş verib.

AZƏRTAC xəbər verir ki, normadan artıq yağan yağış selə səbəb olub. Nəticədə 4 nəfər həlak olub, 9 nəfər isə ağır yaralanaraq xəstəxanaya çatdırılıb. Tehranın bu rayonunda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. İctimai və şəxsi tikililərə böyük ziyan dəyib. İranın Qırmızı Aypara Cəmiyyəti hadisə yerində xilasetmə işlərini davam etdirir.

Hökumət komissiya yaradaraq dəyən zərəri dəqiqləşdirməyə çalışır. Prezident İbrahim Rəisi hökumətin təcili iclasını keçirib və insanlara yardım edilməsi barədə göstəriş verib.

Qeyd edək ki, son günlər İranda yağan yağışlar Fars, Kirman, Sistan-Bəlucistan, Mazandaran, Gilan, Mərkəzi və başqa vilayətlərdə də ağır fəsadlar törədib.

Fars vilayətində də 4 nəfərin sel nəticəsində həlak olması, 2 nəfərin isə itkin düşməsi barədə məlumat verilib.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.