DÜNYA


Tehranda tələbələr etiraz aksiyası keçiriblər

Tehran, 10 aprel, AZƏRTAC

ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah) xarici terror təşkilatları siyahısına salması İranda etirazlara səbəb olub.

AZƏRTAC xəbər verir ki, bu gün Tehran Universitetinin tələbələri kütləvi aksiya keçirərək ABŞ Dövlət departamentinin qərarına etirazlarını bildiriblər. Əllərində Sepahın emblemini tutan tələbələr “Hamımız Sepah üzvüyük”, “Rədd olsun ədalətsizlik”, “Rədd olsun Amerika” şüarlarını səsləndiriblər.

Qeyd edək ki, aksiyaya Tehran Universitetinin müəllimləri ilə yanaşı, digər ali təhsil müəssisələrinin tələbələri də qoşulublar.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.