SİYASƏT


Tehrandakı səfirliyimizə silahlı hücumla bağlı xəbərlər Gürcüstan KİV-in diqqət mərkəzində olub

Tbilisi, 27 yanvar, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 27-də səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumla bağlı paylaşımı, eləcə də bu mənfur terrorla bağlı xəbərlər Gürcüstan kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, kavkasia.net, palitranews.ge, gaxa.ge, 24news.ge, interpree.ge, aktual.ge, newsday.ge, interpressnews.ge informasiya portalları, 1tv.ge və digər televiziya kanalları terror aktı ilə bağlı Azərbaycan, rus, ingilis, gürcü dillərində materiallar yayıblar.

Materiallarda Azərbaycan səfirliyinə edilən silahlı hücumla bağlı Azərbaycan Prezidentinin tviterdəki paylaşımı, Xarici İşlər Nazirliyinin yaydığı xəbərlər, eləcə də dövlət qurumlarının açıqlamaları barədə məlumat verilir.

Ümumilikdə məlum hadisə ilə bağlı Gürcüstan KİV-lərində 20-dən çox material dərc olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.