ELM VƏ TƏHSİL


Təhsil İnstitutu: Region müəllimləri və metodik kabinet əməkdaşları üçün onlayn təlimlər davam edir

Təhsil İnstitutu: Region müəllimləri və metodik kabinet əməkdaşları üçün onlayn təlimlər davam edir

Bakı, 12 noyabr, AZƏRTAC

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin region müəllimləri və metodik kabinet əməkdaşları üçün “Səmərəli öyrədici mühitin qurulması” və “Müasir məzmun və formalı dərsdənkənar işin təşkili” mövzusunda onlayn təlimləri davam edir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, noyabrın 7-12-də mərkəzin əməkdaşları Ayşə İsmayılova, Səbinə Balayeva, Fidan Abbasova və Lətafət Cütcüzadənin təqdimatında Bərdə, İsmayıllı, Salyan, Qobustan rayonları üzrə təlimlər keçirilib. Təlimlərə ümumilikdə 130 nəfər metodik kabinet əməkdaşı və müəllim qoşulub.

Qeyd edək ki, təlimlər növbəti həftələrdə də davam etdiriləcək. Təlimlərin 30 region və hər bir region üzrə 25 məktəbin müəllimləri üçün keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.