ELM VƏ TƏHSİL
Təhsil İnstitutu: Təcrübəçi tələbələr üçün təlim və seminarlar davam edir
Bakı, 6 may, AZƏRTAC
Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzində təcrübəçi tələbələrin inkişafına yönələn “Esse yazmağın qısa yolu” adlı seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, təlim zamanı iştirakçılara əvvəlcə esse haqqında qısa məlumat verilib. Tələbələrə Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasından seçilmiş nümunə əsasında esse yazmaq tapşırılıb. İştirakçılar yazını tamamladıqdan sonra təqdimatlar əsasında onlara esse yazarkən nələrə diqqət etmələri, hansı açar sözlərdən istifadə etmələri, faktları vurğulamaqla fikirlərini necə əsaslandıra biləcəkləri izah olunub. Eyni zamanda, onlara essenin strukturu, xülasəsi, başlıca komponentləri olan giriş, əsas və nəticə hissələri haqqında məlumat verilib.
Təcrübəçi tələbələr üçün nəzərdə tutulan təlim və seminarlar növbəti həftələrdə də təşkil olunacaq.