ELM VƏ TƏHSİL


Təhsil İnstitutu: V və VI siniflər üçün təbiət fənninin kurikulumu hazırlanır

Bakı, 8 dekabr, AZƏRTAC

Təhsil İnstitutu ümumi təhsil məktəbləri üçün təhsil proqramlarının (kurikulumların) təkmilləşdirilməsi prosesini davam etdirir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, hazırda yerli mütəxəssislər sinqapurlu konsultantların təklif və tövsiyələri ilə V və VI siniflər üçün təbiət fənninin kurikulumunu hazırlayırlar. Bundan əlavə, əməkdaşlıq çərçivəsində I-IV siniflər üçün həyat bilgisi fənninin, VII-XI siniflər üçün kimya, biologiya və fizika fənlərinin kurikulumları təkmilləşdirilir. Yerli mütəxəssislər Sinqapurun Marşal Kavendiş İnstitutunun mövcud kurikulum və dərslik komplektlərinin təhlili haqqında təqdim etdiyi hesabata uyğun təklif və tövsiyələri nəzərə alaraq, ümumtəhsil məktəbləri üçün riyaziyyat fənninin kurikulumunun təkmilləşdirilməsinə başlayıblar. Proses zamanı həmin institutun mütəxəssislərinin konsultasiyaları da nəzərə alınır.

Tam orta təhsil səviyyəsində (X-XI siniflər) təmayül istiqamətləri üzrə profil fənn kurikulumlarının hazırlanması prosesi yekunlaşmaqdadır. Müvafiq istiqamətdə 8 profil fənni - Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, biologiya, kimya, fizika, coğrafiya üzrə hazırlanan kurikulumlar tam orta təhsil pilləsinin təmayüllü siniflərində tətbiq olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.