ELM VƏ TƏHSİL


Təhsil İnstitutu ilə Böyük Vitovt Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru Rüfət Əzizovla Litva Respublikasının Böyük Vitovt Universitetinin rektoru professor Juozas Augutis arasında görüş keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Görüş zamanı Təhsil İnstitutu və Böyük Vitovt Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədr müavini Fərid Osmanov, Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Peşə və ömürboyu təhsil şöbəsinin müdiri Səbinə Babayevanın iştirak etdiyi görüşdə müəllimlərin hazırlığı mövzusu üzrə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.