ELM VƏ TƏHSİL


Təhsil İnstitutu kompüter elmləri və texnologiyaları ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edir

Bakı, 15 yanvar, AZƏRTAC

Təhsil İnstitutu “SABAH Magistratura” proqramı çərçivəsində 2021/2022-ci tədris ilinin yaz semestrində Bakı Dövlət Universitetinin kompüter elmləri və texnologiyaları ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edir.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, namizədlərdən müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (magistratura), sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi, Azərbaycan dilində səlis ünsiyyət, İKT resurslarından və innovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları tələb olunur.

Müsabiqədə iştirak etmək istəyən müəllimlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ ilə bağlı məlumatlandırılacaq.

Müraciətlər yanvarın 19-dək qəbul olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.