ELM VƏ TƏHSİL


Təhsil İnstitutu məktəblərə metodik xidmətin göstərilməsi istiqamətində işləri davam etdirir

Bakı, 31 mart, AZƏRTAC

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi məktəb əsaslı metodik xidmətin göstərilməsi istiqamətində işləri davam etdirir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Bakıdakı Xavər Vəliyev adına 75 nömrəli tam orta məktəbdə dərsdinləmələr təşkil edilib. Dərsdinləmə prosesindən sonra müəllimlərə həm fərdi şəkildə konstruktiv rəy verilib, həm də dərslər zamanı müşahidə olunmuş bir sıra metodiki məsələlər pedaqoji heyətlə birlikdə müzakirə edilib və onlara bu istiqamətdə tövsiyələr verilib.

Müzakirələr zamanı müəllimlərdə izlənilən inkişaf dinamikası vurğulanıb, həmçinin məktəb kollektivinin sualları cavablandırılıb.

Qeyd edək ki, Məktəbin İnkişaf Planı çərçivəsində 75 nömrəli tam orta məktəbdə müəyyən edilən təlim ehtiyaclarına uyğun olaraq mütəmadi metodik görüşlər keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.