ELM VƏ TƏHSİL


Təhsil İnstitutunda doktorantura təhsili almaq istəyən iddiaçıların sayı artıb

Bakı, 30 sentyabr, AZƏRTAC

Son 3 ildə Təhsil İnstitutuna doktorantura və dissertanturada təhsil almaq üçün müraciət edən iddiaçıların sayında artım müşahidə olunur.

Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan bildirilib. Qeyd olunub ki, 2020-2022-ci illər ərzində ölkədə pandemiya səbəbindən elan olunmuş karantin rejiminə baxmayaraq, iddiaçıların institutda təhsil almaq istəyi yüksəkdir. Bunun da əsas səbəbi institutun və bu il 90 illik yubileyini qeyd edən Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin plana və məqsədəuyğun şəkildə apardığı təbliğat, həmçinin elmi kadrların yüksək səviyyədə hazırlanması üçün rəhbərlik tərəfindən yaradılmış şəraitdir.

Son 3 ilin statistikasının təhlili göstərir ki, 2020-ci ildə plan yerləri 80 faiz dolmuşdusa, 2022-ci ildə bu göstərici 90 faiz olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.