ELM VƏ TƏHSİL
Təhsil İnstitutunun mentorluq proqramına namizədlərin seçimi başa çatıb
Bakı, 8 iyun, AZƏRTAC
Təhsil İnstitutu tədqiqat mentorluq proqramının icrasına başlayıb. Proqramın məqsədi mövcud tədqiqat potensialının gücləndirilməsi və ölkədə keyfiyyətli tədqiqatların sayının artırılmasıdır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, 6 ay (iyun-dekabr) davam edəcək proqram üçün tədqiqat mentorlarının və mentilərin (mentorun tələbəsi) seçimi başa çatıb. Mentorluq üçün 379 və mentilik üçün 243 nəfər olmaqla ümumilikdə 622 namizədin müraciəti qeydə alınıb. Namizədlərdən proqramın müsahibə mərhələsinə 35 nəfər mentorluq, 63 nəfər isə mentilik üçün dəvət olunub. Müsahibələrin qiymətləndirilməsi zamanı proqramda iştirak üçün 23 mentor və 46 menti seçilib.
Tədqiqat mentorluq proqramına həm ölkə daxilində, həm də xarici ölkələrdə təhsil alan və çalışan həmyerlilərimiz böyük maraq göstəriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]
“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib
- 19.04.2024 [17:33]
Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar
- 19.04.2024 [17:27]
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası
- 19.04.2024 [17:25]
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
- 19.04.2024 [16:53]