ELM VƏ TƏHSİL
Təhsil İnstitutunun nümayəndələri Mərakeşdə beynəlxalq konfransda iştirak edirlər
Bakı, 16 iyun, AZƏRTAC
Təhsil İnstitutunun nümayəndələri Mərakeşdə iyunun 15-dən keçirilən CONFI NTEA 7- Böyüklərin təhsili sahəsində beynəlxalq konfransda iştirak edirlər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, UNESCO tərəfindən hər 12 ildən bir təşkil olunan konfrans növbəti müddət üçün böyüklərin təhsili sahəsində qlobal prioritetləri və fəaliyyət istiqamətlərini müəyyən edir. Konfransda böyüklərin öyrənməsi və təhsili perspektivlərinin ömürboyu təhsil kontekstində inkişaf etdirilməsi, ömürboyu öyrənmə mədəniyyətinin formalaşdırılması, iqlim dəyişiklikləri, rəqəmsal bacarıqların inkişafı üzrə böyüklərin təhsil imkanları ilə bağlı fikir mübadiləsi aparılır. Həmçinin böyükləri peşələrin gələcəyi ilə bağlı dəyişikliklərə hazırlamaq, vətəndaş iştirakı və s. istiqamətləri əhatə edən qlobal çərçivə sənədinin qəbul edilməsi müzakirə olunur.
Konfrans iyunun 17-də yekunlaşacaq.