ELM VƏ TƏHSİL


Təhsil İnstitutunun vebinarında öz startapını qurmaq istəyən tələbələrin ideyaları öyrənilib

Bakı, 21 may, AZƏRTAC

Təhsil İnstitutu tərəfindən “SABAH Magistratura” proqramlarında təhsil alan tələbələrin dərsdənkənar fəaliyyətləri çərçivəsində “İş dünyası və ali təhsildə trendlər” mövzusunda vebinarlar keçirilir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “İnnovasiyanın tətbiqi və dizayn düşüncə tərzi” mövzusunda təşkil olunan ilk vebinarın qonağı “SABAH.lab” Akselerasiya Mərkəzinin meneceri Talifa İsgəndərli olub.

İnteraktiv formada keçən vebinarda tələbələrə “SABAH.lab” Akselerasiya Mərkəzinin xidmətləri və burada həyata keçirilən startaplar barədə qısa məlumat verilib. Daha sonra dünyada və ölkədə yaradılmış startaplar nümunələr əsasında izah edilib. Həmçinin innovasiyanın tətbiqində dizayn düşüncə tərzinin önəmi və bu prosesdə istifadə olunan modeldən, biznesin qurulmasında prototipin yaradılması, sınaqdan keçirilməsi və mütəmadi sorğular əsasında istifadəçilərdən rəyin toplanılmasının vacibliyindən danışılıb.

Vebinarın sonunda öz startapını qurmaq istəyən tələbələrin ideyaları öyrənilib və sualları cavablandırılıb.

Qeyd edək ki, iş dünyası ilə əlaqəli fərqli mövzularda təşkil olunacaq bu vebinarların əsas məqsədi bilavasitə sənaye nümayəndələri, sahənin qabaqcıl mütəxəssislərinin iştirakı ilə tələbələrə real sənayenin ehtiyacları, inkişaf trendləri və s. barədə effektiv məlumat verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.