ELM VƏ TƏHSİL


Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda “Peşəkar ol” proqramı yekunlaşıb

Bakı, 23 fevral, AZƏRTAC

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) pedaqoji ali məktəblərdə təhsil alan tələbə və magistrlər üçün təşkil olunan proqramın yekun tədbiri keçirilib.

TİPİİ-dən AZƏRTAC-a bildirilib ki, proqramın budəfəki iştirakçıları Azərbaycan Dillər Universitetinin tələbələri olub. Gələcəyin müəllimlərinə peşəkar dəstək məqsədi daşıyan layihə 16 saatlıq proqramı əhatə edib. Tələbə və magistrlər “Müasir təhsilin fəlsəfəsi”, “Fənn kurikulumlarının xüsusiyyətləri”, “Psixo-pedaqoji yanaşma”, “Öyrətmənin və öyrənmənin xüsusiyyətləri”, “Sinfin idarə edilməsi”, “Tədrisin standartlar əsasında təşkili”, “Məktəbdaxili qiymətləndirmə” və s. mövzularda seminarlarda və ustad dərslərində iştirak ediblər.

Xatırladaq ki, 2017-ci ildə TİPİİ-nin təşəbbüsü ilə başlayan bu layihənin artıq ikinci dövrəsi başa çatır və indiyədək 70-dən çox tələbə və magistr proqramdan faydalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.