İDMAN


“Təhsil Liqası”na start verilib

Bakı, 2 oktyabr, AZƏRTAC

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2018-2019-cu il mövsümü üzrə 8 yaşadək (U-8) və 9 yaşadək (U-9) futbolçulardan ibarət komandalar arasında təşkil olunan “Təhsil Liqası”nın oyunlarına başlanılıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, liqanın keçirilməsində məqsəd idman məktəblərinin futbol bölmələrində ibtidai hazırlıq qruplarının fəaliyyətlərinin gücləndirilməsi, kütləviliyin təmin olunması, uşaqların yarış təcrübələrinin artırılması, onların arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.

U-8 yaş qrupu üzrə keçirilən yarışlarda idman məktəblərindən və futbol klublarından 12, U-9 yaş qrupu üzrə 14 komanda mübarizə aparacaq. FIFA-nın mövcud qaydaları əsasında keçirilən yarışlar AFFA-nın Hakimlər Komitəsinin təsdiq etdiyi hakimlər heyəti tərəfindən idarə olunacaq.

Mövsümün sonunda liqalar üzrə I, II və III yeri tutan komandalara diplom, kubok, medal və qiymətli hədiyyələr təqdim ediləcək. Beş nominasiya üzrə seçiləcək futbolçular xüsusi mükafatlarla təltif olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.