ELM VƏ TƏHSİL
Təhsil Nazirliyi: 10 min 400-dən artıq namizəd müəllim adını qazanıb
Bakı, 17 iyun, AZƏRTAC
2021-2022-ci tədris ilində 10 min 400-dən artıq namizəd müddətli və müddətsiz müqavilə əsasında işə qəbul edilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 3567 nəfər ilk turda müddətsiz müqavilə əsasında işə qəbul edilib. Aprel ayında keçirilmiş daimiləşmə müsabiqəsində isə 1669 nəfər uğur qazanaraq müddətsiz müqavilə əsasında işləmək imkanı əldə edib.
Ümumilikdə 5236 nəfər namizəd qeyd edilən tədris ili üzrə müddətsiz müqavilə əsasında işləmək imkanı əldə edib. İşə qəbul edilmiş müəllimlərin 48.3 faizi həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələrinə işə qəbul olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:21]
Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib
- 23.04.2024 [16:48]
BDU-nun şahmat komandasının uğuru
- 23.04.2024 [16:45]
Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb
- 23.04.2024 [16:37]
Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb
- 23.04.2024 [16:34]
Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar
- 23.04.2024 [16:18]