Təhsil Nazirliyi: 270 adda dərslik çap olunub
AzerTAg.az
Bakı, 17 iyun, AZƏRTAC
Ümumi təhsil müəssisələrinin I sinifləri üçün ilk dəfə olaraq təhsil proqramı (kurikulum) əsasında “Təsviri incəsənət” dərsliyi və müəllimlər üçün metodik vəsait, həmçinin II və VI siniflər üçün 25 adda yeni dərslik və müəllimlər üçün metodik vəsaitlər hazırlanıb.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumi təhsil müəssisələrinin IX sinifləri üçün “Zəfər tarixi” dərsliyi hazırlanıb və tədrisinə başlanılıb. İlk dəfə xüsusi məktəblər üçün I sinif “Azərbaycan dili” (tədris dili), “Riyaziyyat” və “Математика” dərslikləri, müəllim və valideynlər üçün metodik vəsaitlər hazırlanıb.
Azərbaycan və rus dillərində tədris aparılan ümumtəhsil müəssisələrinin II və VI sinifləri üçün 46 adda dərslik və müəllim üçün metodik vəsaitlər məzmun, bədii tərtibat, dil və üslub baxımından əsaslı şəkildə təkmilləşdirilib.

Xəbərin mətnində orfoqrafik səhv var