ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi: 3 azərbaycanlı gənc Rumıniyada təhsil imkanı qazanıb

Bakı, 21 iyun, AZƏRTAC

2021-2022-ci tədris ili üzrə Rumıniya ali təhsil müəssisələrində təhsil üçün keçirilmiş müsabiqə nəticəsində 3 Azərbaycan vətəndaşının namizədliyi müsbət qiymətləndirilib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qalib namizədlər Rumıniyanın Buxarest İqtisadi Tədqiqatlar Universiteti, Buxarest Universiteti, Ployeşti Neft və Qaz Universitetində bakalavriat və magistratura səviyyələrində psixologiya, sosial elmlər, mədən, neft və qaz ixtisasları üzrə təhsil alacaqlar.

Qeyd edək ki, təqaüd proqramının tələblərinə uyğun olaraq, tələbələr 1 il müddətində ödənişsiz rumın dili hazırlığına cəlb olunacaq. Bununla yanaşı, onların təhsil haqqı, yataqxana xərci, aylıq təqaüd və tibbi sığorta xərcləri Rumıniya tərəfindən, yol xərci isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qarşılanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.