ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi: 55 şəhər və rayonda 850 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir

Bakı, 7 oktyabr, AZƏRTAC

2021-2022-ci tədris ilində ölkənin 55 şəhər və rayonunda 850 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir. Tədris pandemiya şəraitinə uyğun təyin olunmuş qaydalar çərçivəsində tamamilə əyani şəkildə təşkil edilib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ənənəvi olaraq yeni tərbiyəçi-müəllimlər tədris ili başlamazdan əvvəl Bakıda keçirilmiş təlimlərdə iştirak ediblər. Bu təlimlərdə tərbiyəçi-müəllimlər valideynlərlə iş, öyrənmə mühitinin qurulması, məktəbəqədər yaşlı uşaqların sosial psixoloji adaptasiyası, sinfin idarə olunması və qiymətləndirmə ilə bağlı bilik və bacarıqlarını inkişaf etdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.