ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi: Bu günədək 3 min 477 şagird COVID-19-a yoluxub

Bakı, 22 oktyabr, AZƏRTAC

İndiyədək 1 milyon 595 min 108 şagirddən 3 min 477-si (0,2 faiz), məktəblərdə çalışan 229 min 871 nəfər heyətdən 2 min 494-ü (1 faiz) COVID-19-a yoluxub.

AZƏRTAC xəbər verir ki, bu, Təhsil və Səhiyyə nazirliklərinin birgə məlumatında qeyd edilib. Bildirilib ki, I-IV siniflər üzrə yoluxma sayı 637 nəfər, V-IX siniflər üzrə 1755 nəfər, X-XI siniflər üzrə yoluxma sayı isə 898 nəfər təşkil edib.

Şagirdlər arasında yoluxma halları nəzərə alınaraq, valideynlərə müvafiq tibbi göstərişləri olan 12 yaşdan yuxarı yeniyetmələri vaksinasiyaya cəlb etmək tövsiyə olunur. Yeniyetmələrin vaksinasiyası hər iki valideynin razılığına əsasən Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.