ELM VƏ TƏHSİL
Təhsil Nazirliyi: Bu il 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur
Bakı, 18 oktyabr, AZƏRTAC
2019-cu ildə 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur. Onlardan 20-si artıq quraşdırılıb, 30-nun isə tikinti-quraşdırılma işləri davam etdirilir.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2017-ci ildə 106, 2018-ci ildə isə 137 modul tipli məktəb istifadəyə verilib.
Modul tipli məktəblərin üstünlükləri azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması və sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə 2017-ci ildən ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsinin tətbiqinə başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]