ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi: Direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi davam edir

Bakı, 23 avqust, AZƏRTAC

Avqustun 23-də Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi başa çatır.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müvafiq keçid balını toplamış 120 namizəd müsahibə mərhələsinə dəvət edilib.

Növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə namizədlərə məlumat veriləcək.

Xatırladaq ki, bu il iyulun 13-dən 19-dək dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu həyata keçirilib. 3 min 403 namizəd elektron qeydiyyatdan keçib, onlardan 2 min 273 nəfərin elektron ərizəsi təsdiqlənib. Avqustun 2-də keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 1643 nəfər iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.