ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi: Elektron dərslik portalına giriş sayı milyondan çox olub

Bakı, 8 yanvar, AZƏRTAC

“Google Analytics”in 2020-ci il dekabr ayının statistik göstəricilərinə əsasən, elektron dərslik portalı (e-derslik.edu.az) Azərbaycanda ən çox müraciət olunan internet resursları sırasında 22-ci yerdədir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ötən ilin dekabr ayı üzrə portalın aktiv istifadəçi sayı 420 min, ümumi giriş sessiyalarının sayı isə 1,4 milyonu əhatə edib.

Portala ən çox giriş sayı ABŞ, Almaniya, Birləşmiş Krallıq, Niderland, Fransa, Rusiya, Ukrayna, Polşa və Türkiyədən, ölkə daxilində isə Bakı, Sumqayıt və Gəncə şəhərlərindən olub.

Hazırda portalda ümumi və peşə təhsili üzrə 600-ə yaxın elektron dərslik mövcuddur. Bu dərsliklər video, qrafika və digər multimedia vasitələri ilə zənginləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.