ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi: Ermənistan tərəfindən atəşə tutulan Ağdam rayonu Qaradağlı kənd məktəbinə ciddi ziyan dəyib

Bakı, 26 oktyabr, AZƏRTAC

Oktyabrın 26-da səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonu Qaradağlı kənd tam orta məktəbi atəşə tutulub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məktəbə ciddi ziyan dəyib. Qaradağlı kənd tam orta məktəbində 400 şagird təhsil alır, 43 müəllim pedaqoji fəaliyyətlə məşğuldur.

Xatırladaq ki, bu günədək düşmən təcavüzü nəticəsində 40-dan çox məktəbə ziyan dəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.