ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi: Gənc müəllimlərlə adaptasiya proqramının ikinci mərhələsinə start verilir

Bakı, 1 dekabr, AZƏRTAC

Təhsil Nazirliyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən gənc müəllimlərlə adaptasiya proqramının ikinci mərhələsinə start verilir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, dekabrın 6-dan etibarən həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlərlə adaptasiya proqramına başlanılacaq.

Proqram çərçivəsində “Öyrədici mühitin yaradılması”, “Sinfin idarə olunması”, “Metodiki xidmətin təşkili”, “Məktəbdaxili qiymətləndirmənin aparılması”, “Şagirdlərin motivasiyasının artırılması”, “Lider müəllim necə olmalıdır?”, “Məktəb fəaliyyətinin təbliği”, “Təqdimat bacarığı və natiqlik”, “Müəllimin innovativ bacarıqları”, “Şagirdlərin inkişafı üçün əlverişli mühitin yaradılması” mövzularında təlimlərin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, cari tədris ilinin əvvəlindən etibarən həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə yeni işə qəbul olan, pedaqoji stajı olmayan müəllimlərlə adaptasiya proqramı keçirilib. Proqramda 200-dən çox müəllim iştirak edib.

Proqram çərçivəsində “Yaxşı müəllim necə olmalıdır”, “Sinif komplektləşdirilməsi, əməkhaqqı və ona əlavələr, əmək məzuniyyəti”, “İlk dərs gününə hazırlıq”, “Valideynlərlə əməkdaşlıq üsulları”, “Uğurlu şagird-valideyn-məktəb tandeminin qurulması” mövzularında təlimlər təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.