ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi III-XI sinif şagirdləri üçün müsabiqə keçirir: “Qarabağı birlikdə quraq!”

Təhsil Nazirliyi III-XI sinif şagirdləri üçün müsabiqə keçirir: “Qarabağı birlikdə quraq!”

Bakı, 12 noyabr, AZƏRTAC

Təhsil Nazirliyi tərəfindən “Minecraft Global Challenge 2021” çərçivəsində III-XI sinif şagirdləri üçün “Qarabağı birlikdə quraq!” ölkədaxili müsabiqə keçirilir. Yerli müsabiqədə uğur qazanan şagirdlər ölkəni beynəlxalq müsabiqədə təmsil edəcəklər.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi şagirdlərdə alqoritmik, məntiqi və tənqidi düşüncə, proqramlaşdırma və kodlaşdırma bacarıqlarını formalaşdırmaq, Qarabağın tarixi və bərpası məsələsinə diqqət çəkmək, Qarabağda aparılan quruculuq işlərini dünya və ölkə ictimaiyyətinə təqdim etməkdir.

Müsabiqə onlayn formatda “Minecraft” təhsil platforması üzərindən təşkil olunur. “Virtual məktəb” hesabı olan hər bir şagird müsabiqəyə qoşularaq “Minecraft” təhsil platformasının geniş imkanlarından faydalana bilər. Müsabiqənin şərtlərinə əsasən, şagirdlər ilk növbədə Qarabağın tarixi və mədəniyyətinə dair araşdırma apararaq, işğal zamanı dağıdılmış tarixin və mədəniyyətin bərpası ilə bağlı öz “Minecraft” dünyasını hazırlamalıdırlar. Daha sonra yaradılan dünyanın videoçəkilişini aparıb, müsabiqəyə təqdim etməlidirlər. Müsabiqəyə işlərin qəbulu noyabrın 30-dək aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.