ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi: İkili diplom proqramına sənəd qəbulu aparılır

Bakı, 9 mart, AZƏRTAC

ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) və Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında magistratura səviyyəsi üzrə birgə təşkil olunan ikili diplom proqramı çərçivəsində 2021-2022-ci tədris ili üçün sənəd qəbulu davam edir.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proqram üzrə təhsil və insan inkişafı, təhsil siyasəti və liderlik (CVU), menecment - təhsilin təşkili və idarəolunması (ADPU) ixtisasları tədris ediləcək.

Müsabiqədə bakalavr səviyyəsinin təhsil, humanitar və sosial, iqtisadiyyat və idarəetmə və təbiət ixtisasları qruplarında yer alan ixtisaslardan birini bitirən şəxslər iştirak edə bilər.

Dövlət proqramı çərçivəsində maliyyələşdirilən ikili diplom proqramının müddəti 2 ildir. Proqramı uğurla başa vuran tələbələr hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edəcəklər.

Sənədlər aprelin 20-dək qəbul olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.