Təhsil Nazirliyi: Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər
AzerTAg.az
Bakı, 10 may, AZƏRTAC
39-cu Balkan Riyaziyyat Olimpiadası təşkil edilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan olimpiadada 6 məktəbli ilə təmsil olunub. Komandamız sözügedən yarışda uğurla çıxış edərək 2 gümüş və 3 bürünc medal qazanıb. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X və XI sinif şagirdləri Cəlil Hüseynov və Toğrul Abbasov gümüş medal, həmin liseyin X sinif şagirdi Fidan Qarayeva, liseyin XI sinif şagirdi Amin Cəfərzadə və Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin XI sinif şagirdi Elçin Musazadə isə bürünc medal qazanıb.
Qeyd edək ki, 2007-ci ildən etibarən Balkan Riyaziyyat Olimpiadasında iştirak edən Azərbaycan məktəbliləri ümumilikdə 1 qızıl, 16 gümüş və 35 bürünc medal qazanıb.

Xəbərin mətnində orfoqrafik səhv var