ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi: Məktəblilərimiz Beynəlxalq Fizika Olimpiadasında medal qazanıblar

Təhsil Nazirliyi: Məktəblilərimiz Beynəlxalq Fizika Olimpiadasında medal qazanıblar

Bakı, 12 noyabr, AZƏRTAC

Özbəkistanda Əl-Fərqani adına Beynəlxalq Fizika Olimpiadası keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 19 ölkədən şagirdlərin qatıldığı olimpiadada Azərbaycanı təmsil edən məktəblilər uğurlu nəticə göstərərək 4 medal qazanıblar. Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa liseyinin XI sinif şagirdi Fəxriyyə Məmmədova və akademik Zərifə Əliyeva adına Liseyin XI sinif şagirdi Eşqin Alıyev gümüş, nazirliyin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Rüfət Məmmədov və Bakı şəhəri 220 nömrəli məktəb-liseyin XI sinif şagirdi Ramin Qasımlı bürünc medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.