ELM VƏ TƏHSİL
Təhsil Nazirliyi: Məktəblilərimiz Beynəlxalq Mendeleyev Olimpiadasında medal qazanıblar
Bakı, 16 may, AZƏRTAC
Özbəkistanda kimya fənni üzrə 56-cı Beynəlxalq Mendeleyev Olimpiadası təşkil olunub.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, olimpiadada Azərbaycan məktəbliləri uğurlu nəticə əldə ediblər. Belə ki, BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin XI sinif şagirdi Nəriman Şirinli gümüş, Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Məhsəti Piriyeva və Astara rayonu Z.Ə.Əhmədzadə adına Pensər kənd 2 nömrəli tam orta məktəb-liseyin XI sinif şagirdi Salman Hüseynov bürünc medala layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [14:45]
Məktəblilər iqlim dəyişikliyi barədə məlumatlandırılıb
- 23.04.2024 [13:17]