ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi: Məktəblilərimiz Beynəlxalq Riyaziyyat Olimpiadasında uğur qazanıblar

Bakı, 23 iyul, AZƏRTAC

Sankt-Peterburq şəhərində 62-ci Beynəlxalq Riyaziyyat Olimpiadası (IMO) keçirilib. Olimpiadada 107 ölkədən 619 şagird iştirak edib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 2 bürünc medal və 3 “Həvəsləndirici mükafat” qazanıblar. Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdləri Amin Cəfərzadə və Toğrul Abbasov bürünc medala, həmin liseyin IX sinif şagirdi Fidan Qarayeva, Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin X sinif şagirdi Elçin Musazadə və Bakı şəhəri 72 nömrəli tam orta məktəbin X sinif şagirdi Cavad İsmayılzadə isə “Həvəsləndirici mükafat”a layiq görülüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.