ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə “Bayraq yürüşü” keçirəcək

Bakı, 5 noyabr, AZƏRTAC

Noyabrın 6-da Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə Füzuli rayonunun Horadiz şəhərində “Bayraq yürüşü” keçirəcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclərə vətənpərvərlik hissləri və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, hərbçilər, tanınmış ziyalılar, idmançılar, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.