ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi: Xüsusi təhsil müəssisələrinə defektoloq vəzifəsi üzrə vakansiya elan olunub

Bakı, 20 oktyabr, AZƏRTAC

Xüsusi təhsil müəssisələrinə defektoloq vəzifəsi üzrə işə qəbul üçün vakansiya seçiminə start verilir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vakansiya seçimi oktyabrın 21-i saat 18:00-dək davam edəcək. Seçim zamanı müvafiq ixtisas üzrə baza təhsili, iş stajı və müraciət etdiyi vakansiya üzrə faktiki yaşayış yeri uyğun olan namizədlərə üstünlük veriləcək. Namizədlər yuxarıda qeyd olunan linkə daxil olaraq müvafiq xanaları doldurduqdan sonra 1 vakant yer seçimi edə bilərlər. Növbəti mərhələdə uyğun hesab edilən namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq.

Təhsil müəssisələri üzrə mövcud vakansiyalar barədə məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.