ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi: Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə vakansiya seçiminə start verilir

Bakı, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 12-dən xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə vakansiya seçiminə start verilir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, vakansiya seçimi oktyabrın 13-ü saat 18:00-dək davam edəcək.

Vakansiya seçimində müəllimlərin işə qəbulu müsabiqəsinin cari ildə keçirilən test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilər. Namizədlərə 1 vakant yer seçmək hüququ verilir. Vakansiyalara yerləşdirmə namizədlərin faktiki yaşayış yeri və imtahan nəticəsi nəzərə alınmaqla həyata keçiriləcək.

Növbəti mərhələdə uyğun hesab edilən namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq.

Qeyd edək ki, xüsusi təhsil müəssisələrinə müəllimlərin seçimi zamanı namizədlərin biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti yoxlanılacaq.

Müsabiqədə iştirak edən və uğur qazanmayan namizədlərin əlavə yerləşdirmə mərhələsində iştirakına məhdudiyyət qoyulmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.