ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi: doqquz minə yaxın namizədin diaqnostik qiymətləndirilməsi aparılır

Bakı, 19 avqust, AZƏRTAC

Azərbaycanın təhsil müəssisələrində çalışan, pedaqoji fəaliyyətlə məşğul olan kadrların - direktor, direktor müavinləri, yerli təhsili idarəetmə orqanlarında çalışan metodist və dövlət qulluqçularının (tədris aparan) biliklərinin diaqnostik qiymətləndirilməsi aparılır.

AZƏRTAC xəbər verir ki, bunu Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib. Onun sözlərinə görə, avqustun 17-dən başlayan diaqnostik qiymətləndirilmədə doqquz minə yaxın namizəd iştirak edir.

E.Bağırov imtahanların bütün ölkənin təhsil müəssisələrində çalışan direktor, direktor müavini, metodist və dövlət qulluqçularına şamil edildiyini bildirib. Qeyd edib ki, 2017-ci ildə Azərbaycanda çalışan bütün müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb. Tədris ilinin sonunda isə pedaqoji fəaliyyətlə məşğul olan metodist, dövlət qulluqçusu, direktor, direktor müavinlərinin biliklərinin qiymətləndirilməsi zərurəti yaranıb. Onun sözlərinə görə, yalnız nəticələrdən sonra hansı tədbirlərin görüləcəyi məlum olacaq. Rəhbər işçilərin tədris aparmaq bacarıqları qənaətbəxş olmasa, həmin adamlar dərs demək hüquqlarından məhrum edilə bilərlər. Amma yüksək nəticə göstərən müəllimlər pedaqoji fəaliyyətlərini davam etdirə bilərlər. Bununla bağlı qərar imtahanlar tam başa çatdıqdan və təhlillər aparıldıqdan sonra qəbul ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.