ELM VƏ TƏHSİL
Təhsil Nazirliyi dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında müvafiq qurumlarla əməkdaşlıq edir
Bakı, 13 fevral, AZƏRTAC
Təhsil Nazirliyi Asiya İnkişaf Bankının dəstəyi ilə dövlət-özəl sektor tərəfdaşlığı (DÖST) modeli əsasında iki ali təhsil müəssisəsində tələbə yataqxanalarının tikintisi layihəsi üzrə müvafiq qurumlarla əməkdaşlıq edir.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin hazırlıq mərhələsinə cavabdeh olan “KPMG Azərbaycan” şirkəti tərəfindən Təhsil, İqtisadiyyat nazirlikləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və digər aidiyyəti qurumların iştirakı ilə ilkin texniki iqtisadi əsaslandırmanın təqdimatı keçirilib.
Layihə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti üçün DÖST modeli əsasında tələbə yataqxana obyektinin layihələndirilməsi, inşası, istismarı və idarəedilməsi konsepsiyasının hazırlanması məqsədinə xidmət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:58]
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]