ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi: “e-telebe.edu.az” elektron portalı vasitəsilə 47 minə yaxın tələbə müraciət edib

Bakı, 24 iyun, AZƏRTAC

2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı “e-telebe.edu.az” elektron portalına 46 min 947 nəfər müraciət edib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, onlardan 34 min 35 nəfəri ali, 10 min 883 nəfəri orta ixtisas, 2 min 29 nəfəri isə peşə təhsili müəssisələrində təhsil alır.

Hazırda müraciətlər üzrə müvafiq təhsil müəssisələri ilə birgə işlər aparılır.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yerli təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulub. Bu məqsədlə 14 milyon manat ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.