ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi tələbələrin köçürülməsinin nəticələrini açıqlayıb

Bakı, 11 sentyabr, AZƏRTAC

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, transfer.edu.az portalı vasitəsilə ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 1070 nəfər müraciət edib. Onlardan 782 nəfərin müraciəti müsbət cavablandırılıb.

Ali təhsil müəssisələrindən köçürülməsinə icazə verilən 710 nəfərdən 671-ni bakalavriatura, 39-nu isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir. Orta ixtisas təhsili müəssisələrindən köçürülmək üçün müraciət edən 92 nəfərdən 72-nin müraciətinə müsbət cavab verilib.

Transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi məqsədilə istifadəyə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.