ELM VƏ TƏHSİL
Təhsil Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin sırasına daha biri əlavə olunmuşdur VİDEO
Bakı, 5 aprel (AZƏRTAC). Təhsil Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin sırasına daha biri əlavə olunmuşdur.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifikasiya) onlayn yoxlanılmasına (http://www.nostrifikasiya.edu.az/frontend/az/form) başlanılmışdır.
Hazırda Təhsil Nazirliyi tərəfindən 5 interaktiv və 20-dən artıq informativ elektron xidmət (http://www.edu.gov.az/view.php?lang=az&menu=394&id=4411) göstərilir. Həmçinin təhsil müəssisələrinin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu, təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu, eləcə də təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması elektron xidmətlərinin göstərilməsi istiqamətində müvafiq işlər davam etdirilir.