ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi və Asiya İnkişaf Bankı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də təhsil naziri Emin Əmrullayev Asiya İnkişaf Bankının icraçı direktoru Devid Kavano ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı “İqtisadi şaxələndirmə üçün peşə təhsili və təliminin müasirləşdirilməsi üzrə sektorun inkişafı proqramı” çərçivəsində ölkəmizdə peşə təhsilinin inkişafına yönəlmiş əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Görüşdə Təhsil Nazirliyi və Asiya İnkişaf Bankı arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.