ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçiriləcək

Bakı, 28 sentyabr, AZƏRTAC

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçiriləcək.

Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib. Bildirib ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, İctimai Şuraya seçkilərin təşkili məqsədilə Seçki Komissiyası yaradılıb.

Mövcud qanunvericiliyə görə, İctimai Şuranın səlahiyyət müddəti iki ildir. Nazirlik yanında İctimai Şuranın səlahiyyət müddətinin 2021-ci ilin sentyabr ayında bitməsi nəzərə alınaraq, İctimai Şuraya yenidən seçkilər keçiriləcək.

Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura 2019-cu ilin sentyabr ayında yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, görülən işlərdə aşkarlığın və şəffaflığın təmin edilməsi, eyni zamanda, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.