ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi yanında İctimai Şuraya üzv olmaq üçün sənəd qəbulu oktyabrın 28-də yekunlaşır

Bakı, 26 oktyabr, AZƏRTAC

Təhsil Nazirliyi yanında İctimai Şuraya üzv olmaq istəyən namizədlərin müraciətlərinin qəbulu prosesi davam edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sənədlərin qəbulu müddəti oktyabrın 28-də başa çatacaq. Şuraya üzv olmaq istəyən namizədlər tələb olunan sənədləri elektron qaydada təqdim etməlidirlər. Sənədlər [email protected] poçt ünvanına göndərilməlidir.

Xatırladaq ki, Təhsil Nazirliyi yanında İctimai Şura 2019-cu ilin sentyabr ayında yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, görülən işlərdə aşkarlığın və şəffaflığın təmin edilməsi, eyni zamanda, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi olub.

Ətraflı məlumatı nazirliyin saytında yerləşdirilmiş elan vasitəsilə əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.