ELM VƏ TƏHSİL


Təhsil Nazirliyində Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir keçirilib

Bakı, 15 iyul, AZƏRTAC

İyulun 15-də Təhsil Nazirliyində ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının Təhsil Nazirliyi ərazi üzrə ilk partiya təşkilatı və nazirliyin Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunan tədbir Ulu Öndər haqqında sənədli filmin nümayişi etdirilməsi ilə başlanıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə nazir müavini Firudin Qurbanov dahi rəhbər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gördüyü böyük işlərdən danışıb. Qeyd edib ki, təhsilin inkişafı, təhsil işçilərinə müntəzəm diqqət və qayğı Ümummilli Liderin önəm verdiyi prioritet istiqamətlərdən biri olub. Dahi şəxsiyyət Heydər Əliyevin həyata keçirdiyi təhsil islahatları nəticəsində Azərbaycan təhsilinin bütün pillələrində mühüm nailiyyətlər əldə olunub, həmçinin gənclərin xaricdə təhsil imkanları genişləndirilib.

Firudin Qurbanov ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının, təhsil sahəsinə göstərdiyi diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib.

Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində müstəsna xidmətlərindən söz açıb, Ümummilli Liderlə bağlı bir çox tarixi məqamları qeyd edib.

Tədbirdə Təhsil Nazirliyinin YAP-a üzv olmaq istəyən əməkdaşlarının ərizəsinə baxılıb və onların müraciəti müsbət cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.