ELM VƏ TƏHSİL


Təhsil Nazirliyində kollegiya iclası

Bakı, 13 mart, AZƏRTAC

Martın 13-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib. Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov, kollegiya üzvləri, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, təhsil naziri Ceyhun Bayramov kollegiya iclasını giriş sözü ilə açaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə təhsil sahəsində əldə olunan uğurlardan danışıb. Qeyd edib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş hədəflərə nail olunması istiqamətində ayrı-ayrı təhsil pillələri üzrə mühüm islahatlar həyata keçirilir.

İclasda “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası, bakalavriat səviyyəsi üzrə yeni təsnifat, ali təhsil müəssisələrində əcnəbi tələbələrin təhsilinin təşkilinin təkmilləşdirilməsi, Azərbaycan-Fransız Universitetinin (UFAZ) fəaliyyəti, məktəbdənkənar fəaliyyətin təşkili, “Təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin hazırlanması, təsdiqlənməsi və nəşrinin təmin edilməsi Qaydaları”, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası barədə məsələlər müzakirə olunub, təqdimatlar dinlənilib.

Kollegiya iclasında gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb. Nazir Ceyhun Bayramov məruzə olunan mövzularla bağlı fikirlərini bildirib.

Sonda Təhsil Nazirliyinin bəzi struktur bölmələrinin əsasnamələri təsdiq olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.