ELM VƏ TƏHSİL


Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi - Süleyman Rəhimov

Bakı, 26 oktyabr, AZƏRTAC

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin növbəti tarixi siması Süleyman Rəhimovdur. Süleyman Rəhimov 22 mart 1900-cü ildə Zəngəzur mahalının (hazırkı Qubadlı rayonu) Əyin kəndində anadan olub. O, ibtidai təhsilini ikisinifli rus məktəbində alıb. Daha sonra texnikum və ali təhsil müəssisəsini bitirib. 1921-ci ildə Xanlıq kəndində yeni açılmış məktəbdə müəllim işləməyə başlayıb. Şuşada pedaqoji kursda oxuduqdan sonra uzun müddət Zəngəzur mahalının müxtəlif rayonlarında müəllimlik edib. 1928-ci ilin payızında Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsində təhsil alıb, eyni zamanda, Qaraşəhərdə ikinövbəli savad kursunda yaşlı fəhlələrə dərs deyib.

Xatırladaq ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində, Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim edilir. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.