ELM VƏ TƏHSİL


Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzində işçi sayı məhdudlaşdırılıb

Bakı, 11 noyabr, AZƏRTAC

Ölkəmizdə mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzində (“Qaynar xətt” xidməti, telefon: 146-1, 146-2, 146-3, 146-4) işçi sayı məhdudlaşdırılıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar nazirliyin rəsmi [email protected] elektron poçt ünvanına da müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilər.

“Qaynar xətt”lə əlaqə yaradarkən isə işçi sayının az olduğunu nəzərə almaları xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.